top of page

Haqqımızda

Assosiasiyanın üzvləri 5-11-ci siniflərdən seçilmiş şagirdlərdi. Hər sinifdən yalnız bir nümayəndə Şagird Assosiasiyasına üzv ola bilər. 5-6-ci siniflərdən olan üzvlərin hüquqları nisbətən məhduddur. Belə ki, onlar səsvermə hüququna malik deyil, lakin bütün müzakirələrdə öz fikrini açıq formada bildirməyə qadirdilər. Assosiasiyaya prezident rəhbərlik edir. Prezident Assosiasiyanın ali nümayəndəsi olub, onun maraqlarını tərənnüm etdirir. Eyni zamanda Prezident Sədrlər Şurasının fəaliyyətini tənzimləyir. Sədrlər Şurası səsvermə yolu ilə formalaşır.

Şagird Assosiasiyasının fəaliiyətinin səmərəli istiqamətləndirilməsi üçün assosiasiyanın tərkibində komissiyalar yaradılıb. Hər bir komissiya assosiasiya fəaliyyətinin konkret bir qolu ilə məşğul olur. Hazırda Şagird Assosiasiyasının tərkibində 5 komissiya fəaliyyət göstərir. Komissiyaların və ümumilikdə Şagird Assosiasiyasının fəaliyyəti ilə "Fəaliyyətimiz" bölməsində yaxından tanış ola bilərsiniz.

bottom of page